"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone klubdakı gələcəyindən danışıb.
Offsideplus.az xəbər verir ki, o, "Gazetta"ya açıqlamasında bu sözləri deyib:
"Atletiko" ilə daha bir il müddətinə müqaviləm var. Nələr olacağını görəcəyik. Yeni futbolçular, sistemdəki dəyişikliklər və digər səbəblərə görə adətən klubda yeniliklər olur".
Qeyd edək ki, Simeone 2011-ci ildən "matrasçılar"ın sükanı arxasındadır.