"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone klubdakı gələcəyindən danışıb.

Offsideplus.az xəbər verir ki,  o, "Gazetta"ya açıqlamasında bu sözləri deyib:

"Atletiko" ilə daha bir il müddətinə müqaviləm var. Nələr olacağını görəcəyik. Yeni futbolçular, sistemdəki dəyişikliklər və digər səbəblərə görə adətən klubda yeniliklər olur".

Qeyd edək ki, Simeone 2011-ci ildən "matrasçılar"ın sükanı arxasındadır.