İspaniya Futbol Federasiyası ölkə superkubokunda "Barselona" və "Sevilya" arasında keçiriləcək matçda dördüncü əvəzetməyə icazə verib.

Offsideplus.az xəbər verir ki,  qərara əsasən, oyunun əlavə vaxtında bu yenilikdən istifadə etmək olacaq.

Qeyd edək ki, "Barselona" - "Sevilya" görüşü sabah keçiriləcək.