İspaniyanın "Barselona" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, Kataloniya təmsilçisi Madrid "Atletiko"sunun vingeri Yannik Karraskonu sıralarına qatmağa yaxındır.

Məlumata görə, "Barselona" rəhbərliyi 29 yaşlı belçikalı futbolçu üçün qarşı tərəfə 19 milyon avro təklif edib.

"Atletiko" tərəfi keçidin baş tutmasına razıdır.

Qeyd edək ki, Karrasko 2020-ci ildən paytaxt təmsilçisində top qovur.