Hazırda İtaliya B Seriyasının "Komo" klubundan çıxış edən Sesk Fabreqas qondarma "erməni soyqırımı" ilə bağlı paylaşım edib.
Offsideplus.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi instaqram hesabında qondarma soyqırımın ildönümünü yad edib.
Qeyd edək ki, Fabreqas "Arsenal" (2003-2011), "Barselona" (2011-2014), "Çelsi" (2014-2019) və "Monako" (2019-2022) klublarının formasını geyinib.