"Atletiko Madrid"in prezidenti Kerezo baş məşqçi Dieqo Simeone ilə bağlı açıqlama verib.
Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi 52 yaşlı mütəxəssisin karyerasını "Atletiko"da davam etdirəcəyini söyləyib:
"Məncə, Simeone "Atletiko"da qalacaq, bəli. Yeni müqavilə? Sözləşmənin yenilənməsi ilə bağlı bir xəbər yoxdur".
Qeyd edək ki, Simeonenin "matrasçılar"la müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatacaq.