Madrid "Real"ının yarımmüdafiəçisi Toni Kroos "kral klubu" ilə bağlı qərarını verib.

 Offsideplus.az xəbər verir ki, 33 yaşlı almaniyalı futbolçu La Liqa təmsilçisində qalmaq niyyətindədir.

Bu barədə məlumatı dünyaca məşhur insayder Fabrisio Romano yayıb. Mənbənin bildirdiyinə görə, Kroosla daha 1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, adıçəkilən futbolçu 2014-cü ildən "Real"da çıxış edir.