Sabiq futbolçu Rio Ferdinand ən yaxşı yarımmüdafiəçilərin adlarını açıqlayıb. 

Offsideplus.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, o, Luka Modriçi Andrea Pirlodan üstün tutub:

"Pirlo, yoxsa Modriç? Modriç. Bütün zamanların ən yaxşı yarımmüdafiəçisindən danışanda Pirlonun adı belə keçə bilməz. Ən yaxşılar Xavi, İnyesta və Modriçdir".