"Real Madrid" Luka Modriç və Toni Kroosla yeni müqavilə imzalayacaq.
Offsideplus.az xəbər verir ki, bu barədə jurnalist Mario Korteqana məlumat yayıb. "Kral klubu" adıçəkilən yarımmüdafiəçiləri ilə müqavilənin müddətini 1 il uzadacaq.
Qeyd edək ki, Modriç və Kroosun "Real"la sözləşməsi cari mövsümün sonunda başa çatır.