"Real Madrid"in futbolçusu Federiko Valverde 4-12 oyun yaşıl meydanlardan uzaq qala bilər.
Offsideplus.az xəbər verir ki, buna səbəb 24 yaşlı yarımmüdafiəçinin “Vilyarreal”la oyundan sonra (2:3) rəqib futbolçu Aleks Baenanı vurması olub. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Valverdenin bu hərəkətinə görə cəzası ilə bağlı qərarın verilməsi 1 aydan çox çəkəcək. Onun La Liqada növbəti mövsümün əvvəlini buraxacağı gözlənilir.