UEFA Çempionlar Liqasının 1/4 finalında "Çelsi"yə 2:0 hesabı ilə qalib gəldikləri oyunda "Real"ın futbolçusu Marko Asensio fərqlənib. 

Offsideplus.az xəbər verir ki, oyundan sonra baş məşqçi Karlo Ançelotti 27 yaşlı hücumçudan razı olduğunu bildirib. "Marca" nəşrinin yaydığı məlumata görə, "Kral klubu" da ispaniyalı forvarddan razıdır və Asensio karyerasını "Real"da davam etdirmək istəyir. 

Qeyd edək ki, Asensionun Madrid klubu ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatır.