"Qalatasaray" yeni mövsüm üçün müdafiə xəttini gücləndirmək istəyir.
Offsideplus.az "Fotomaç"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi icarə əsasında "Atletiko"da (Madrid) çıxış edən ispaniyalı futbolçu Serxio Reqilonu heyətinə qatmaqda maraqlıdır. Xəbərə görə, "sarı-qırmızılar" sol cinah müdafiəçisini transfer etmək üçün müqavilə ilə məxsus olduğu "Tottenhem"ə təklif göndərməyə hazırlaşır. Bildirilir ki, qarşıdakı günlərdə klub rəhbərliyi Premyer Liqa təmsilçisi ilə danışıqlara başlayacaq.
Mənbədə o da qeyd olunur ki, "Tottenhem" 2025-ci ildə sözləşməsi başa çatacaq olan 26 yaşlı futbolçunu heyətində düşünmür və yenidən icarəyə verməkdə maraqlıdır.
Qeyd edək ki, Serxio Reqilon zədə səbəbindən cari mövsüm cəmi 5 matçda meydana çıxıb.