"Real"ın futbolçusu Mariano Diazın müqaviləsinin müddəti cari mövsümün sonu başa çatır.

Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, braziliyalı hücumçu ilə bir çox klub maraqlanır. Bunu oyunçunun agenti deyib:

"İngiltərə Premyer Liqası, İtaliya A Seriyası, Bundesliqa və digər klublarda maraq var. Mariano həmişə diqqət çəkən olub".

Qeyd edək ki, Mariano Diaz 2018-ci ildə "Lion"dan "Real"a transfer olunub.