İspaniya La Liqasında mart ayının ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, bu, Madrid "Atletiko"sunun hücumçusu Antuan Qrizmann olub.

Ötən ay 32 yaşlı fransalı futbolçu İspaniya çempionatının 3 oyununda 2 qol vurub və 1 qolun ötürməsini verib. Ümumilikdə Qrizmann bu mövsüm La Liqada 26 oyunda 9 qol vurub və 9 qol ötürməsi edib.