"Real Madrid"in futbolçusu Luka Modriç "Əl-Nəsr" klubuna mümkün transferi ilə bağlı yayılan iddialara münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi karyerasına "Kral klubu"nda davam etmək istədiyini söyləyib. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
"Mənim istəyim bəllidir, "Real"da qalmaq istəyirəm. İnanır və ümid edirəm ki, bu baş tutacaq. Geriyə qalan hər şey sadəcə şayiələrdir. 100-cü dəfə təkrar edirəm, karyeramı "Real"da davam etdirmək istəyirəm".
Qeyd edək ki, Modriçin "Real"la müqaviləsi cari mövsümün sonu başa çatır.