Frenki de Yonq "Barselona"da oynamaqdan məmnundur.
Offsideplus.az xəbər verir ki, niderlandlı oyunçu bu barədə "ZiggoSport"a açıqlama verib.
"Yaydan bu günə qədər çox inkişaf etmişəm. Demək olar ki, hər matç meydana çıxıram. Bundan çox məmnunam".
De Yonq ilə "Barselona" klubu və baş məşqçi Xavi arasındakı münasibət əladır.