Madrid "Real"ı futbolçusu Eduardo Kavaminqa ilə müqaviləni yeniləməyi planlaşdırır.

Offsideplus.az xəbər verir ki, "kral klubu" Fransa millisinin yarımmüdafiəçisinin maaşını da artıracaq.

Kavaminqa ilə 2021-ci ildə 6 illik sözləşmə imzalansa da, o, komandada ən az qazanan futbolçulardan idi.

Qeyd edək ki, 20 yaşlı oyunçunu "Mançester Yunayted" transfer etmək arzusundadır.