"Barselona"nın sabiq kapitanı Karles Puyol "El-Klasiko" öncəsi açıqlama verib.

 Offsideplus.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, keçmiş futbolçu Kataloniya təmsilçisinin "Real"ı məğlub edəcəyi təqdirdə İspaniya çempionu olacağına inandığını bildirib:

"Avrokuboklar bu mövsüm uğursuz alındı, amma bu keçmişdə qaldı.Vəziyyəti dəyişmək mümkün deyil, ona görə də biz qalan turnirlərə diqqət yetirməliyik. La Liqada hər şey yolunda gedir, kubokda da çətin matçlarımız var. 

Amma indi El-Klassiko haqqında düşünmək lazımdır. Bununla "Barsa" La Liqada çempionluğun taleyini həll edə bilər. Azarkeşlər və komanda bu oyunda qalib gəlmək üçün güc və istəklə yanaşmalıdır, çünki bu görüşdə çempionluğun taleyini praktiki olaraq həll etmək olar” - deyə, “Barselona”nın keçmiş müdafiəçisi bildirib.

Qeyd edək ki,  bu gün keçiriləcək "Barselona" - “Real” oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.