"Barselona" klubunun gənc futbolçusu Pedri komandanın bugünkü məşqini yarımçıq tərk edib.
Offsideplus.az xəbər verir ki, o, məşqdə özünü pis hiss edib. Bildirilir ki, zədədən yeni sağalan 20 yaşlı yarımmüdafiəçi La Liqanın 26-cı turunda "Real" ilə matçı buraxacaq.
Həmçinin Pedri İspaniya millisi ilə Avro-2024-ün seçmə mərhələsinin mart ayındakı görüşlərinə çıxa bilməyəcək.
"Barselona" - "Real" görüşü martın 19-da olacaq və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.