"Qalatasaray"ın heyətinə qatmaq istədiyi "Barselona"nın qapıçısı İnaki Pena klubu ilə yeni müqavilə barəsində razılığa gələ bilməyib.
Offsideplus.az xəbər verir ki, 23 yaşlı qolkiper daha çox oynayacağı bir komandaya getmək istədiyir. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb. Xəbərə görə, İnaki Pena Kataloniya təmsilçisində əsas heyətdə yer almasının çətin olduğunu bilir və bu səbəbdən müqavilə yeniləməyə müsbət baxmır.
Mövsümün sonunda İspaniya nəhəngi ilə sözləşməsi başa çatacaq qapıçı razı salınmasa, İstanbul təmsilçisi azad agent kimi qolkiperi heyətinə qatacaq.
Xatırladaq ki, ispaniyalı qapıçı 2021/22 mövsümünün ikinci yarısını icarə əsasında "Qalatasaray"da keçirib.
Qeyd edək ki, İnaki Pena cari mövsüm "Barselona"da 3 oyun keçirib və 5 qol buraxıb.