“Barselona”nın müdafiəçisi Yerri Mina böyük ehtimalla karyerasını “Mançester Yunayted”də davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, Kolumbiya millisinin üzvünün katalon klubunun oyunçusu olduğuna dair informasiyanı şəxsi instaqram hesabından silməsi və sözügedən sosial şəbəkədə “qırmızı şeytanlar”ı izləməyə başlaması iddiaları daha da gücləndirib.
Harri Maquayr (“Lester”) transferində uğursuzluğa düçar olan “Mançester Yunayted” ona alternativ qismində məhz Minanı görür. Artıq “Barselona”ya 40 milyon avro təklif göndərilib. Keçidin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.
Qeyd edək ki, “Barselona” Yerri Minanı 2018-ci ilin yanvar ayında 11,8 milyon avro qarşılığında “Palmeyras”dan transfer etmişdi.(apasport.az)