"Barselona" klubunun gənc yarımmüdafiəçisi Pedri Avropa Liqasının pley-off mərhələsinin "Mançester Yunayted"lə (2:2) ilk oyununda zədələnib.

Offsideplus.az xəbər verir ki, gənc futbolçu bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq.

İlkin tibbi müayinə zamanı Pedrinin sağ ayağının budunun düz əzələsindən zədə aldığı dəqiqləşib.

Beləliklə, ispaniyalı futbolçu fevralın 23-də “Mançester Yunayted”lə keçiriləcək Avropa Liqasının cavab oyununu və İspaniya kubokunun yarımfinalında “Real”la ilk matçını buraxacaq.