Futbol dünyasından Türkiyədəki zəlzələ qurbanlarına dəstək davam edir.
Offsideplus.az "AS" nəşrinə istinadən xəbər verir ki, "Real Madrid" klubu zəlzələdən zərər görənlərə yardım məqsədilə xeyriyyə oyunu keçiriləcək. Madrid şəhərində baş tutacaq oyun üçün "Real" və "Atletiko" klublarının stadionları nəzərdən keçirilir.
Həm "Kral klubu"nda, həm də Türkiyədə forma geyinmiş Quti, Roberto Karlos kimi əfsanələr oyunda iştirak etmək istəyir. Yarış üçün "Real", "Atletiko", "Rayo Valyekano" və "Xetafe" ilə danışıqları aparılacaq. Oyundan əldə edilən gəlir zəlzələ qurbanlarına bağışlanacaq.