Azad agent olan İsko karyerasını "Yunion Berlin" klubunda davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, Bundesliqa təmsilçisi 30 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 1 il yarım müddətinə müqavilə imzalayacaq. İspaniyalı futbolçunin tibbi müayinədən keçdikdən sonra klubla rəsmi sözləşmə bağlayacaq.

 

Qeyd edək ki, "Sevilya" 2022-ci il dekabr ayında İsko ilə müqaviləsinə xitam vermişdi.