İspaniya millisi baş məşqçisi Luis Enrike ilə vidalaşıb.

Offsideplus.az xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyası məlumat yayıb. Müqaviləsinin müddəti başa çatan Enrike ilə yeni sözləşmə imzalanmayıb. Qurum 52 yaşlı mütəxəssisin köməkçiləri ilə də vidalaşıb.

Qeyd edək ki, Luis Enrike 2019-cu ildən millinin baş məşqçisi idi.