"Barselona"nın idman direktoru Yordi Kroyf Memfis Depayın komandadakı gələcəyindən danışıb.
Offsideplus.az xəbər verir ki, o, niderlandlı hücumçunun komandada qalacağını söyləyib:
"Maliyyə feyr-pley qaydalarına görə, yeni futbolçular transfer etmək çətindirsə, niyə Depayı yanvarda sataq? O həmişə peşəkar futbolçu olub. Bizə yardım edə bilər. İyunda azad agent olacaq? Bunu növbəti aylarda müzakirə edəcəyik".
Qeyd edək ki, Depay 2021-ci ildə "Lion"dan "Barselona"ya keçib.