"Real" (Madrid) Portuqaliya millisinin üzvü Bruno Fernandeşlə yaxından maraqlanır.

Offsideplus.az "Daily Mail"ə istinadən xəbər verir ki, "Kral klubu" DÇ-2022-nin qrup mərhələsində Uruqvaya qarşı dubl edən 28 yaşlı hücumameyilli yarımmüdafiəçini yaxından izləyir. 

İspaniya nəhəngi qış transfer dönəmində portuqaliyalı ulduzun transferi üçün hərəkətə keçə bilər. 

Qeyd edək ki, Fernandeşin "Mançester Yunayted"lə müqaviləsinin müddəti 2026-cı ildə başa çatır.