"Barselona" klubunun müdafiəçisi Hektor Belyerin qışda komandanı tərk edəcək.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Xavi ispaniyalı müdafiəçini sərəncamında görmək istəmir.

Futbolçunun agenti onu "Roma"ya təklif edib.

27 yaşlı müdafiəçinin qışdan sonra məhz İtaliya klubunda oynayacağı ehtimal edilir.