"Barselona"nın prezidenti Joan Laporta Leo Messinin komandaya mümkün transferinə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, Laporta 35 yaşlı hücumçu barədə bu sözləri deyib:
"Leo Messi? Uşaqlar həmişə məndən soruşur ki, Messi qayıdacaqmı? Mənim cavabım isə budur: Görəcəyik. Messi hazırda PSJ-nin futbolçusudur. Bu barədə danışıb, qalmaqal yaratmaq istəmirəm".
Qeyd edək ki, argentinalı ulduzun Paris təmsilçisi ilə müqaviləsinin müddəti cari mövsümün sonu başa çatır.