“Barselona” klubu İspaniya La Liqasının 14-cü turunda səfərdə “Osasuna”ya qarşı keçirəcəyi oyunla əlaqədar futbolçularının iştirak ərizəsini təqdim edib.
Offsideplus.az xəbər verir ki, bir neçə gün öncə karyerasını bitirdiyini açıqlayan Jerar Pikenin adı “Osasuna”ya qarşı keçirəcəyi oyunun iştirak ərizəsinə daxil edilib.
Təcrübəli müdafiəçinin səfər oyununa aparılması komandadakı futbolçu çatışmazlığı ilə bağlıdır.
Qeyd edək ki, “Osasuna” - “Barselona” görüşü noyabrın 9-da Bakı vaxtı ilə saat 00:30-da start götürəcək.