İspaniya La Liqasının 11-ci turunda “Barselona” “Atletik”i darmadağın edib.

Offsideplus.az xəbər verir ki, bu nəticə ilə qapıçı Mark-Andre ter Ştegen İspaniya çempionatında rekord müəyyənləşdirib.

30 yaşlı almaniyalı mövsümün ilk 11 oyununun 9-da qapısını toxunulmaz saxlamağı bacaran ilk qapıçıdır.