"Vilyarreal" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, komanda Kike Setyenə tapşılıb. Onunla 2024-cü ilin yayınadək müqavilə imzalanıb.

64 yaşlı mütəxəssis bu vəzifədə Unay Emerini əvəzləyib.

Qeyd edək ki, Kike Setyenin son klubu "Barselona" olub. O, 2020-ci ildə Kataloniya təmsilçisindən ayrılıb.