Bu gün "Qızıl top" mükafatının sahibi açıqlanacaq.

Offsideplus.az xəbər verir ki, jurnalist Nikolo Skira "Real"ın kapitanı Kərim Benzemanın mükafata sahib çıxacağını açıqlayıb:

"Kərim Benzema bu gün "Qızıl Top"u qazanacaq. Daha sonra isə "Real Madrid"lə müqaviləsinin müddətini 2024-cü ilədək artıracaq".

Qeyd edək ki, mərasim Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.