"Atletiko"nun prezidenti Enrike Çereso baş məşqçi Dieqo Simeonenin komandadakı gələcək karyerası barədə açıqlama verib.
Offsideplus.az xəbər verir ki, klub rəsmisi 52 yaşlı mütəxəssislə yollarına davam edəcəklərini söyləyib.
"Simeonenin gələcəyi? O, bizim baş məşqçimizdir və qismət olsa, uzun müddət olacaq".
Qeyd edək ki, 2011-ci ildən "Atletiko"ya rəhbərlik edən Simeonenin klubla müqaviləsinin müddəti 2024-cü ildə başa çatır.