Madrid "Atletiko"sunun baş məşqçisi Dieqo Simeone gələcəyi ilə bağlı danışıb.

Offsideplus.az xəbər verir ki, argentinalı mütəxəssis paytaxt təmsilçisindən ayrılmaq fikrində olmadığını bildirib: "Mən "Atletiko"dan heç yerə getmirəm, buradayam. Hiss edirəm ki, həmişə olduğu kimi eyni dəstəyə sahibəm. Bu yaxınlarda məndən özümü başqa yerdə görə biləcəyimi soruşdular... Cavabım belə oldu: "Xeyr, qətiyyən".

 "Atletiko" La Liqada hazırda 16 xalla 4-cü pillədə qərarlaşıb.