“Barselona” klubunun daha bir futbolçusu zədələnib.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisinin mərkəz müdafiəçisi Andres Kristensen sıradan çıxıb.

O, UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində keçirilmiş İtaliya “İnter”i ilə səfər oyununda (0:1) zədələnib.

Xatırladaq ki, “Barselona”da Ronald Arauxo, Jül Kunde və Hektor Belyerin də zədə səbəbindən komandaya kömək edə bilmir.