"Barselona" klubunda itki baş verib.
Offsideplus.az xəbər verir ki, kataloniyalıların yarımmüdafiəçisi Frank Kesye zədələnib. Onun sağ budunun əzələsində burxulma var.
Bu, Çempionlar Liqasının "İnter"lə görüşündən bir gün sonra baş verib. Kesye səhər məşqində xəsarət alıb.