"Real"ın oyunçusu Luka Modriç Xorvatiya millisinin düşərgəsində zədələnib.
Offsideplus.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi ombasından xəsarət alıb. Onun 10 günlük sıradan çıxdığı bildirilir.
Luka oktyabrın 2-də "Osasuna", 5-də "Şaxtyor" və 8-də "Xetafe" ilə oyunları buraxacaq.
"Kral klubu" futbolçunun "Şaxtyor"la cavab matçına (oktyabrın 11-i) kimi qayıdacağını və "El-Klasiko"ya (oktyabrın 16-sı) tam hazır olacağını gözləyir.