“Barselona” klubunun və Uruqvay yığmasının futbolçusu Ronald Arauxo əməliyyat olunub.

Offsideplus.az xəbər verir ki, 23 yaşlı müdafiəçiyə Finlandiyanın Turku şəhərində cərrahi müdaxilə olunub. 

O, İrana 0:1 hesabı ilə uduzduqları yoldaşlıq görüşündə zədələnib. Onun 20 noyabr-18 dekabrda Qətərdə keçiriləcək dünya çempionatını buraxacağı ehtimal olunur.