"Barselona” klubunun yeni transferi Hektor Bellerinin zədəsi ciddidir.

Offsideplus.az xəbər verir ki, ispaniyalı müdafiəçi bu gün tibbi müayindən keçib.

Ayağının alt əzələsində problem aşkarlanan futbolçunun 3-4 həftə meydana çıxa bilməyəcəyi ortaya çıxıb.

Bu yay "Barselona" ilə 1 illik müqavilə imzalayan Bellerin Kataloniya klubunda cəmi 2 oyun keçirib.