"Barselona" klubunun futbolçusu Hektor Bellerin sıradan çıxıb.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisinin səhər məşqində 27 yaşlı müdafiəçinin sol ayağında problem aşkarlanıb.

Oyunçu bir neçə testdən keçəcək.

Qeyd edək ki, Hektor Bellerin sentyabrın 1-də "Barselona" ilə müqavilə imzalayıb.