"Real" "Borussiya"nın 19 yaşlı ulduzu Cud Bellinqemlə razılığa gəlib.

Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, "Kral klubu" 2023-cü ilin yayındakı transfer planı bəlli olub. Klub ingiltərəli yarımmüdafiəçiyə Dortmund təmsilçisi ilə müqaviləsini yeniləməməyi xahiş edib. Futbolçu isə La Liqa nəhənginin bu təklifini qəbul edib. Onun "Real"a keçməyə həvəsli olduğu bildirilir.

Qeyd edək ki, Bellinqemin "Borussiya" ilə müqaviləsi 2025-ci ilin yayında başa çatır. Almaniya klubunun Cuda 150 milyon avro satış qiyməti qoyduğu bildirilir. Gənc oyunçu ilə İngiltərənin "Liverpul" klubu da yaxından maraqlanır.