"Barselona" maliyyə problemləri səbəbindən heyətində saxlaya bilmədiyi sabiq futbolçusu Lionel Messini yenidən komandaya qaytarmaq istəyir.
Offsideplus.az bu barəd "Mundo Deportivo" nəşri məlumat yayıb. Xəbərə görə, Kataloniya təmsilçisi bunun üçün artıq hazırlıqlara başlayıb. Qeyd olunur ki, klub rəhbərliyi bu mövsümün sonunda maaş limiti ilə bağlı hər hansı bir problem yaşamaq istəmir. "Barselona" Messinin futbolçu karyerasını Kataloniya təmsilçisində başa vurmasını istəyir.
Klub ona karyerasını başa vurduqdan sonra klubun elçisi olması üçün də təklif göndərəcək.
Xəbərdə o da bildirilib ki, "Barselona" prezidenti Joan Laporta ilə Messi arasında görüş olub.
Qeyd edək ki, Messi ötən ilin yayı azad agent kimi PSJ-yə keçib. 35 yaşlı argentinalı ulduz Paris təmsilçisi ilə bu mövsüm bütün turnirlərdə 11 oyuna çıxıb, 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.