Madrid “Atletiko”sunun rəhbərliyi Dieqo Simeone ilə bağlı qərar verib.
Offsideplus.az xəbər verir ki, baş məşqçi istefaya göndərilməyəcək. Yerli mənbələr argentinalı mütəxəssisin rəhbərlik qarşısında böyük etimadının olduğunu qeyd edir. Bu səbəbdən indi onun istefası aktual deyil.
“Atletiko” La Liqada 6 oyuna 10 xalla 7-ci yeri tutur. Komanda Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi 2 oyunda 3 xal toplayıb.