Son günlərdə adı "Barselona" ilə hallanan Marko Asensio Kataloniya təmsilçisinə mümkün transferi barədə açıqlama verib.

Offsideplus.az xəbər verir ki, ispaniyalı forvard gələcək karyerasının qeyri-müəyyən olduğunu söyləyib:

"Barselona"nın məni istədiyini bilmirəm. Bir çox klublar barədə şayiələr yayılır, bu normaldır. "Barselona"da bir gələcəyim olacağı barəəd heç vaxt düşünməmişəm. Əmin deyiləm, hazırda buna cavab verə bilmərəm".

Qeyd edək ki, Asensionun "Real"la müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatır.