Futbol meneceri Conatan Barnett Eduardo Kamavinqa və Qaret Beyl barədə danışıb.
Offsideplus.az "Goal"a istinadən xəbər verir ki, Barnett Kamavinqanın "Real"da oynamaqdan məmnun olduğunu dilə gətirib:
"Eduardo çox xoşbəxtdir, o, "Real Madrid"ə aşiqdir. Əla seçim idi, Ançelotti də yaxşı müəllimdir. Dünyanın ən yaxşı oyunçusu olmaq istəyirsənsə, edəcəyin ən doğru şey "Real" üçün oynamaq olardı".
C.Barnett Qaret Beylin gələcək karyerasından söz açıb:
"Qaret "Los-Anceles"də yaxşı işlər görür. Onun peşəkar karyerası üçün son mövsüm olacağını deyirlər. Lakin insanlar çox şey danışır və heç nəyi bilmirlər. Nələr baş verəcək, görəcəyik. Qarşıda Dünya Kuboku var. O da bu turnirdə iştirak edəcək, Dünya Kubokunu qazanacaq (gülür). Nə olacağını görəcəyik. Əgər oynamaqdan zövq alırsa, niyə də yox? Beyl "Real"ın ən böyük oyunçularından biridir".