"Qarabağ"ın sabiq futbolçusu Xayme Romero karyerasını İspaniyanın "Kartaxena" klubunda davam etdirə bilər.

Offsideplus.az "Cartagenaactualidad"a istinadən xəbər verir ki, Sequnda təmsilçisi 32 yaşlı yarımmüdafiəçini baxışıa dəvət edib.

Qeyd edək ki, 2019-cu ildən "Qarabağ"ın formasını geyinən Xayme Romero ötən mövsümün sonunda klubla vidalaşıb.