"Atletiko"nun futbolçusu Antuan Qrizman karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Offsideplus.az "Sunday Express"ə istinadən xəbər verir ki, "Mançester Yunayted" 31 yaşlı forvardla maraqlanır. Fransalı futbolçu "matrasçılar"da oynamaq istəməsə, "qırmızı şeytanlar" yanvar ayında "Barselona"ya rəsmi təklif göndərmək istəyir.
Qeyd edək ki, Qrizman bu mövsüm çıxdığı 8 matçdan yalnız birində meydana start heyətdən daxil olub. O, 3 qola imza atıb.