"Barselona"nın yarımmüdafiəçisi Serxio Buskets öncədən məlum olduğu kimi klubu ilə 2023-cü ilin yayında başa çatacaq sözləşməsini yeniləməkdən imtina etmişdi.
Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisinin artıq Busketsin yerinə kimi transfer edəcəyi məlum olub. Belə ki, klub "Çelsi"nin yarımmüdafiəçisi Jorginyonu heyətinə qatmaq istəyir. Bu barədə "Mirror" nəşri məlumat yayıb.
Mənbəyə görə, müqaviləsi mövsümün sonunda başa çatacaq olan 30 yaşlı oyunçu "Barselona"ya azad agent kimi keçə bilər.
Qeyd edək ki, Jorginyo bu mövsüm "Çelsi"nin heyətində Premyer Liqada 6 matça çıxıb və 1 qol vurub.