Marko Asensio "Malyorka"ya qarşı oyunda (4:1) iştirak etməməsinə görə əsəbiləşib.

Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, "Real"ın 26 yaşlı hücumçusu isinmə hərəkətləri etsə də, baş məşqçi Karlo Ançelotti onu meydana buraxmayıb. İtaliyalı mütəxəssisin bu qərarından narazı olan Asensio ehtiyat oyunçular skamyasında su qabını təpikləyib.

Ançelotti ispaniyalı futbolçunun əsəbiləşməsi barədə bu sözləri deyib: "Asensio oynamadığı üçün əsəbiləşib? Onunla razılaşıram, bu məsələni diqqətimdə saxlayacam".

Qeyd edək ki, Asensionun "Kral klubu" ilə müqaviləsinin müddəti 2023-cü ilin iyun ayında başa çatır.